“İnter”in oyunçusu sıradan çıxdı

17.10.2025 19:48 8
Dünya futbolu
“İnter”in müdafiəçisi Matteo Darmian bir müddət oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, italiyalı futbolçunun sol ayaq əzələsində zədə aşkar edilib. O, bu səbəbdən komandanın A seriyasında “Roma”ya, Çempionlar Liqasında isə “Yunion”a qarşı keçirəcəyi matçları buraxacaq.

35 yaşlı futbolçu bu mövsüm Milan klubunun heyətində 2 matçda iştirak edib.