“İnter” rəhbərliyi iki aparıcı futbolçu ilə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, Federiko Dimarko ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb. Bir neçə gün əvvəl 26 yaşlı müdafiəçinin yeni sözləşməyə əsasən ilə 4 milyon avro maaş alacağı xəbər verildimişdi. Dimarko “İnter”in yetirməsidi. O, əsas komandada 2014-cü ildə debüt edib. Federiko ötən müddətdə bütün turnirlərdə 119 matçda iştirak edib, 11 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər idi.
Matteo Darmianın yeni müqaviləsinin müddəti isə 2024/25 mövsümünün sonuna qədər uzadılıb. 34 yaşlı müdafiəçi “İnter”də 2020-ci ildən çıxış edir. Matteo cari mövsümdə bütün turnirlərdə 23 oyun keçirib.