Milli komandaların oyunları ilə bağlı yaranan fasilə bitdi. Artıq klublar həftəsonu keçiriləcək çempionat oyunlarına hazırlaşır. 7-ci turun “şah əsəri” “Neftçi” – “Sabah” oyunudu. Turnir cədvəlinə şərikli başçılıq edən komandaların budəfəki dueli “Palms Sports Arena”da keçiriləcək. Cümə günü, saat 19.30-da start fiti səslənəcək. Bu oyunun biletləri sentyabrın son günü satışa çıxarılıb. Bəs indiyə qədər neçə bilet satılıb? Komandaların heyətində itki varmı?
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, artıq 3500-ə yaxın bilet satılıb. “Banişevski alt” tribunasındakı bütün yerlər tutulub.
İtkilərlə bağlı suala cavab tapmaq üçün hər iki klubun mətbuat katibinə müraciət etdik.
“Neftçi”nin rəsmisi Asəf Zeynallıdan aldığımız məlumata görə, heyətdə heç bir itki yoxdu, hər şey qaydasındadı.
“Sabah”ın mətbuat katibi Elnur Həmidov iki futbolçunun - Xəyal Əliyevlə Stiv Solvetin hələ də zədəli olduğunu söylədi.
İSRAYIL XEYRULLAYEV
Paytaxt derbisinə 3500 bilet satılıb - “Neftçi” ilə “Sabah”da hansı itkilər var?
Aktual / Ölkə futbolu






