Ronaldonun planı məlum oldu

30.06.2025 08:48 13
Dünya futbolu
“Əl-Nəssr”in futbolçusu Kriştiano Ronaldonun gələcəyi müəyyənləşib. Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, Ronaldo klub karyerasını yaxın vaxtlarda başa vurmağı planlaşdırmır. 40 yaşlı hücumçunun yaxında Səudiyyə Ərəbistanı klubu ilə müqaviləni yeniləyəcəyi bildirilib.

O, bu komandanın formasını 2026-ci ilin yayına qədər daşıyacaq. Portuqaliya yığmasının oyunçusunun hazırkı müqaviləsinin müddəti isə bu yaya qədər idi.

“Əl-Nəssr”ə 2023-cü ilin yanvarında keçən Kriştiano o vaxtdan komandanın əsas ulduzuna çevrilib. O, sarı formada meydana çıxdığı 105 matçda 93 qol vurub və 19 məhsuldar ötürmə verib.

40 yaşlı Kriştianonun son mövsümdəki göstəriciləri: 41 oyun, 35 qol, 4 məhsuldar ötürmə.