Braziliyalı futbolçu formallığı aradan qaldırdı

6.10.2026 21:10 90
Dünya futbolu
Bir neçə gün əvvəl klubu ilə yenidən anlaşan Rafinya formallığı aradan qaldırıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın kapitanı “Barselona” ilə yeni müqavilə imzalayıb. Braziliyalı vingerin yeni sözləşməsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Klubun anlaşmanı rəsmi olaraq bu həftə açıqlayacağı gözlənilir.

30 yaşlı futbolçu “Barselona”da 2022-ci ildən çıxış edir. O, komanda ilə 3 dəfə İspaniya çempionu olub. Rafinya həmçinin “Barselona” ilə 1 dəfə ölkə kubokunu və 3 dəfə İspaniya superkubokunu qazanıb.