Lamin Yamal çoxdan gözlənilən addımı atıb.
"Football-plus.az" xəbər verir ki, yeniyetmə futbolçu “Barselona” ilə yeni müqavilə imzalayıb. İspaniya klubunn mətbut xidmətinin məlumatına görə, ispaniyalı hücumçu ilə yeni anlaşmanın müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Lamin 2023-cü ilin aprelində hələ 15 yaşı olarkən “Barselona”da debüt edib. 2023/24 mövsümündə artıq 50 oyun keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə edib. İspaniya millisi ilə Avropa çempionatının qalibi olub.
Yamal ötən mövsüm meydana çıxdığı 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə verib.
Yamal formallığı aradan qaldırdı
Dünya futbolu






