Bir neçə həftə əvvəl Vinisius Juniorun klubu ilə yenidən anlaşması ilə bağlı yayılan xəbər doğru çıxıb.
"Football-plus.az" xəbər verir ki, braziliyalı futbolçu artıq formallığı aradan qaldırıb.
“Real” rəhbərliyi Vinisiusla müqaviləni yeniləyib. İspaniya klubunun mətbuat xidmətinin məlumatında tərəflərin 2027-ci ilədək müddəti nəzərdə tutan müqavilə imzaladıqları bildirilib. Daha əvvəl yerli mətbuatda Vinisiusun yeni müqaviləsində maaşın artırılmasının nəzərdə tutulduğu da xəbər verilmişdi.
Xatırladaq ki, Junior “Real”a 2018-ci ildə “Flamenqo”dan 35 milyon avroya keçib. Onun Madrid klubu ilə əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədə olacaqdı. Yeri gəlmişkən, “transfermarkt” internet portalının məlumatına görə, gənc futbolçunun bazar dəyəri 150 milyon avrodu. Braziliyalı vingerin bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak etdiyini, 3 qolun və 3 məhsuldar ötürmənin müəllifi olduğunu da yada salaq.