Bir müddət əvvəl klubu ilə yenidən anlaşan Andreas Kristensen formallığı aradan qaldırıb.
"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu “Barselona” ilə müqaviləsini yeniləyib. İspaniya klubunun rəsmi saytının məlumatına görə, 30 yaşlı danimarkalı futbolçu ilə imzalanan yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Kristensen “Barselona”ya 2022-ci ilin yayında “Çelsi”dən azad agent kimi keçib. O, komandada keçirdiyi ilk 4 mövsümdə ümumilikdə 98 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Müdafiəçi son iki mövsümdə zədələr səbəbindən cəmi 24 matçda forma geymək imkanı qazanıb.
Formallığı aradan qaldırdı
Dünya futbolu






