Dünya çempionu formallığı aradan qaldırdı

16.08.2024 19:56 319
Dünya futbolu
Lautaro Martines formallığı aradan qaldırıb.

O, “İnter” ilə yeni müqavilə imzalayıb. Bu barədə Milan klubunun saytı məlumat yayıb. 26 yaşlı hücumçu ilə yeni sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Lautaro “İnter”də 2018-ci ildən oynayır. Dünya çempionu ötən mövsüm meydana çıxdığı 44 matçda 27 qol vurub və 7 məhsuldar ötürmə edib. Martinesin son mövsümdə A seriyasının ən yaxşı oyunçusu seçildiyini də qeyd edək.