Formallığı aradan qaldırdı

27.10.2025 11:14 5
Dünya futbolu
Cordan Pikford formallığı aradan qaldırıb.

"Football-plus.az" xəbər verir ki, bir neçə gün əvvəl klubu ilə yenidən anlaşan futbolçu yeni müqaviləni imzalayıb. 31 yaşlı qapıçı bununla da “Everton”da 2029-ci ilin yayına qədər oynamaq hüququ qazanıb.

O, bu komandada 2017-ci ildən çıxış edir. Cordan indiyədək Liverpul klubunda 326 oyun keçirib və 91 matçda qapısından top buraxmayıb.