“Barselona” rəhbərliyi ilə Rafinya arasında aparılan danışıqlar sona çatıb.
"Football-plus.az" xəbər verir ki, tərəflər yeni müqavilə mövzusunda razılığa gəliblər. Braziliyalı futbolçu ilə bağlı açıqlamanı idman direktoru Deku Souza verib. O, jurnalistlərə “Rafinya ilə bütün məsələlərdə razılığa gəlmişik. O, 2029-cu ilədək komandamızda çıxış edəcək” deyib.
Rafinya İspaniya klubunda 2022-ci ildən çıxış edir. 29 yaşlı braziliyalı futbolçu “Barselona” ilə üç dəfə ölkə çempionu və İspaniya Superkubokunun qalibi olub, bir dəfə isə ölkə kubokunu qazanıb.
2029-cu ilədək göy-qırmızı formanı daşıyacaq
Dünya futbolu




