Skaloni cəzalı futbolçuya güvənir

6.10.2026 18:44 18
Dünya futbolu
Leandro Paredes ağır cəzalanmasına baxmayaraq, Argentina yığmasında yenə oynayacaq. Bunu baş məşqçi Lionel Skaloni bildirib.

"Football-plus.az" xatırladır ki, Paredes bu il keçirilən dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş verən insidentə görə FİFA tərəfindən 10 oyunluq cəzalandırılıb. O, həmçinin 90 min dollar məbləğində cərimələnib.

Çoxları Leandronun məlum səbəbdən beynəlxalq karyerasını başa vuracağını düşünürdü. Lakin milli komandanın baş məşqçisi Skaloni ağır cəza alan yarımmüdafiəçinin yığmadakı gələcəyindən müsbət axarda danışıb.

“Goal” nəşrinin məlumatına görə, 48 yaşlı mütəxəssis 32 yaşlı futbolçunun milli komandaya qayıtması üçün qapıların açıq olduğunu bildirib:

“Paredes Argentina yığmasının bir hissəsidi. Onunla danışmamışam, amma Leandro milli komandanın əsl veteranıdı. Ona dəyər verir və təcrübəli futbolçunu komandada görmək istəyirik. Milli komandanın qapıları onun üzünə açıqdı, çünki Paredes mükəmməl futbolçudu”.

Səbəbkar Argentina ilə dünya çempionu və iki dəfə Amerika Kubokunun qalibi olub. O, 2017-ci ildən çıxış etdiyi yığmada 84 oyun keçirib və 5 qol vurub.