Milli komandanı tərk edəcək?

1.12.2023 17:21 173
Dünya futbolu
Lionel Skaloni gələn yay Argentina yığmasından ayrıla bilər.

Bu xəbəri tanınmış jurnalist Leo Paradizio yayıb. O, baş məşqçinin 7 aydan sonra milli komandanı tərk etmək ehtimalının yüksək olduğunu bildirib. Paradizio Skaloninin Amerika Kubokundan sonra postu ilə vidalaşacağını deyib.

45 yaşlı mütəxəssis yığmanı 2018-ci ildən çalışdırır. Argentina millisi onun rəhbərliyi altında Amerika Kuboku-2021-in və DÇ-2022-nin qalibi olub.