Leandro Paredes bu yay tərk etdiyi İtaliyaya qayıdıb. Argentinalı yarımmüdafiəçi bu ölkənin digər klubu ilə razılığa gəlib.
"Football-plus.az" xəbər verir ki, PSJ-nin oyunçusu “Roma”ya keçib. Leandro keçidini başa çatdırmaq üçün bu gün İtaliyaya gedib.
Xatırladaq ki, 29 yaşlı futbolçu 2019-cu ildən PSJ-də oynayır. O, son mövsümü icarə əsasında “Yuventus”da keçirib. Bir neçə gün əvvəl mediada Leandronun artıq Romada yaşamaq üçün ev müəyyən etməsi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, “Roma” ötən mövsüm A seriyasını 6-cı yerdə başa vurub və cari mövsümdə Avropa Liqasında çıxış edəcək.