“Yuventus”da daha bir itki

23.10.2022 23:10 374
Dünya futbolu
“Yuventus”un daha bir oyunçusu sıradan çıxıb.

Leandro Paredes şənbə günü məşq zamanı zədə alıb. Onun təxminən iki həftə oynaya bilməyəcəyi məlum olub. Argentinalı futbolçu turinlilərin sıralarına bu yay PSJ-dən keçib. Leandro cari mövsümdə ağ-qara formada 10 oyuna çıxıb.