Millimiz Millətlər Liqasının D Liqasında Bakıda Litvanı məğlub etdi - 1:0.
"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Edqaras Yankauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Əsl kişi mübarizəsi idi. İki eynisəviyyəli komanda qarşılaşdı. Çox təəssüf ki, biz qol vura bilmədik. Azərbaycan bir fürsətdən istifadə etdi. Bəzi detallar var ki, onlar haqda danışmaq istəmirəm. Artıq oyun keçirilib. Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm.
- Azərbaycanın Lixtenşteyni məğlub edə bilməməsi sizə motivasiya vermişdi?
- Əvvəlki matç tamam fərqli idi. Bizim üçün əhəmiyyət kəsb etmirdi, bu oyuna köklənmişdik. Burdakı ssenari daha fərqli idi. Cərimə meydançasına çoxlu hücumlar etdik. Hər iki komanda əlindən gələni etdi. Təəssüf ki, oyun bizim üçün məyusedici bitdi. Azərbaycan bir qolla müsbət nəticəyə nail oldu.
- Bu məğlubiyyətdən sonra qrup birinciliyi uğrunda mübarizədə geriyə düşdüyünüzü düşünürsüz?
- Riyazi baxımdan, qrup birincisi olmaq imkanımız var. Amma bu, bizdən asılı deyil.
- Abdulla Xaybullayevə qırmızı vərəqə verilsə də, baş hakim VAR-a baxdıqdan sonra qərarını dəyişdi. VAR-la bağlı fikirləriniz necədi?
- Çox təəssüf ki, bu gün bütün qərarlar əleyhimizə oldu. VAR bizə simpatiya göstərmədi, bütün məsələlərdə Azərbaycanın xeyrinə qərar verildi. Vurulan qol zamanı oyunçumuza qarşı kobudluq var idi. Amma nə hakim yoxladı, nə də VAR qərarı dəyişdi. Qırmızı vərəqəyə gəlincə, VAR-ın müdaxiləsindən sonra qərar dəyişdirildi. Halbuki oyunçumuz sürətlə gedirdi. Orda yüngül toxunuşa da vərəqə göstərilməli idi. VAR bu gün bizim yox, qarşı tərəfin xeyrinə qərarlar verdi.
- Dünən demişdiz ki, Valdas Dambrauskasla görüşəcəksiz. Sirr deyilsə, nə haqda danışdız?
- Bizə uğurlar arzuladı.
"Çox təəssüf ki, bu gün bütün qərarlar əleyhimizə oldu" - Litva millisinin baş məşqçisi
Ölkə futbolu / Manşet






