Misli premyer-liqasında 3-cü turdan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” matçında “qartallar” məğlub oldu.
“Football-plus.az” xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Olduqca vacib oyun idi. Matçda qələbəyə köklənmişdik. Hər şey bizim üçün yaxşı gedirdi. Birinci hissədə üstün tərəf biz idik. Bir neçə yaxşı hücumumuz oldu. İkinci hissəyə passiv başladıq. O dəqiqələrdə standart vəziyyətdən qol vuraxdıq. Təəssüf ki, hesabı bərabərləşdirə bilmədik. Önümüzdəki oyunlara köklənməliyik.
- Hesab etmirsiz ki, heyət tapşırıqları yerinə yetirmir?
- Çoxlu qol buraxmışıq. Standartdan az qol buraxırdıq. Bu il nədənsə verilən tapşırıqlarda diqqət çatızmamazlığı olur. Araşdırıb, təhlil edəcəyik.
- “Araz-Naxçıvan”ın 2-ci yerdə olması sizi təəccübləndirdimi?
- Xeyr, təəccübləndirmir. Yay selaksiyasından ideal olacağı bəlliydi. Bu il də seleksiyada hiss olunurdu. Komanda yüksək yərlər uğrunda mübarizə aparacaq. Önümüzdəki oyunlarda çalışacağıq ki, maksimum xal ehtiyatını artıraq.
ƏSƏD SEYİDOV
“Təəssüf ki, hesabı bərabərləşdirə bilmədik” - Rəşad Sadıqov
Ölkə futbolu / Manşet





