“Fənər”in fanklub rəhbəri Bakıya gəldi – birgə xoreoqrafiya olacaq?

3.10.2026 12:00 45
Ölkə futbolu
Milli komandaların oyunu ilə bağlı yaranan fasilədə bəzi klubların yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik.

“Turan Tovuz” isə daha çox diqqət mərkəzindədi. Belə ki, bölgə təmsilçisi Türkiyə nəhəngi “Fənərbaxça” ilə qarşılaşacaq. Bu səbəbdən klubun fanklubu olan “Gənc Fənəbaxçalılar”ın azərbaycanlı üzvləri Tofiq Bəhramovda hazırlığa başlayıb. Həmçinin azarkeş qrupunun bir neçə türkiyəli üzvü və rəhbəri Mehmet Demir də Bakıya səfər edib.

“Football-plus.az” qarşıdakı oyunla bağlı onun fikirlərini öyrənib:

“Komandamızın qardaş ölkədə oynayacağı bu önəmli yoldaşlıq matçı ərəfəsində azərbaycanlı qardaşlarımızın hazırladığı xoreoqrafiyaya dəstək olmaq üçün biz də İstanbuldan buraya gəlmişik. “Fənərbaxça”ya yalnız İstanbulda, Türkiyədə yox, bütün dünya da eyni sevgi, eyni dəstəyi göstəririk. Bu matçda komandamızın adını layiqincə təmsil etmək, azərbaycanlı qardaşlarımızla birliyimizi göstərmək üçün burdayıq. Burda ilk dəqiqələrdən bizi evimizdə kimi hiss etdirən qardaşlarımıza təşəkkür edirik. Yaşasın Türkiyə, Yaşasın Azərbaycan!”

İSRAYIL XEYRULLAYEV