"Fənərbaxça" Rusiya klubu ilə yoldaşlıq matçı keçirir

23.03.2023 16:08 265
Dünya futbolu
"Fənərbaxça" bu gün yoldaşlıq oyunu keçirəcək.

“Football-plus.az” xəbər verir ki, Türkiyə təmsilçisi milli matçlarla əlaqədar yaranan fasilədə Rusiyanın “Zenit” komandasını qəbul edəcək.

"Ülkər" stadionunda oynanılacaq qarşılaşma saat 20.00-da başlayacaq.

Qeyd edək ki, matçdan əldə olunan vəsait Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən vətəndaşlara bağışlanacaq.

KƏNAN BAHADIR