Matçı işıqlandırmaq üçün Türkiyədən və Azərbaycandan neçə jurnalistin qeydiyyatdan keçdiyi, həmçinin “bozqurd”un Tovuzdan Tofiq Bəhramov adına Respublika stadionuna neçə azarkeş gətirəcəyi, matçdan öncə baş məşqçilərin mətbuat konfransı keçirib-keçirməyəcəyi maraq doğurur.
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxlayıb:
“Jurnalistlərin sayı ilə bağlı məlumatı bizə “Fənərbaxça” verdikdən sonra açıqlaya biləcəyik. Tovuzdan azarkeşlərin paytaxta gəlməsi üçün qatar və avtobuslar nəzərdə tutulub. Dəqiq say oyun günü məlum olacaq. Matçöncəsi mətbuat konfransı keçirilməyəcək”.
İSRAYIL XEYRULLAYEV






