Tovuzlu azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq!

26.09.2026 16:21 189
Ölkə futbolu
Məlum olduğu kimi, milli komandaların oyunları ilə bağlı yaranan beynəlxalq fasilədə klublar yoldaşlıq oyunları keçirəcək. Oktyabrın 3-də “Turan Tovuz”un “Fənərbaxça”nı qəbul edəcəyini xəbər vermişdik. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün biletlərin artıq yarıdan çoxu satılıb.

Bəs Tovuzda yaşayan azarkeşlərin Bakıya gəlməsi üçün klub tərəfindən hansısa addım atılacaqmı, məsələn, avtobuslar ayrılacaqmı?

“Football-plus.az” bu suala klubun mətbuat katibi Süleyman Tağıyevə müraciət edib:

“Bəli, avtobuslar təşkil olunacaq. Bu barədə bu gün ətraflı məlumat veriləcək”.

İSRAYIL XEYRULLAYEV