Dünya çempionu ilə müqavilə yeniləndi

3.10.2026 10:29 18
Dünya futbolu
Tomas Müller klubundan aldığı yeni təklifi müsbət cavablayıb. Almaniya yığmasının sabiq üzvü “Vankuver Uaytkeps” ilə müqaviləsini yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb. Yeni sözləşmənin müddəti 2027-ci ilin sonuna qədərdi.

Müller ABŞ klubunda 2025-ci ilin avqustundan oynayır. 36 yaşlı hücumçu bu müddətdə bütün turnirlərdə 45 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə edib. 2014-cü ildə keçirilən dünya çempionatının qalibinin MLS-də meydana çıxdığı 29 oyunda 16 qol vurduğunu da xatırladaq.