Klubu ilə müqaviləsini yenilədi

3.03.2026 20:36 17
Dünya futbolu
Marko Roys rəhbərliyin yeni təklifini qəbul edib.

"Football-plus.az" xəbər verir ki, o, “Los Anceles Qalaksi” ilə müqaviləni yeniləyib. Almaniya yığmasının sabiq oyunçusu ilə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin dekabrına qədərdi. Bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb.

36 yaşlı Marko “Los Anceles Qalaksi”yə 2024-cü ilin avqustunda keçib. O, bu komandada indiyədək MLS-də 28 matçda meydana çıxıb, 6 qol vurub.