Almaniya klubunda yeni müqavilə

21.04.2025 21:58 10
Dünya futbolu
Marko Fridl klubundan aldığı yeni təklifi qəbul edib.

“Verder” kapitanı ilə müqaviləni yeniləyib. Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 27 yaşlı avstriyalı müdafiəçi 2028-ci ilin yayına qədər komandada qalacaq.

Marko 2018-ci ilin qışından “Verder”də oynayır. O, indiyədək bremenlilərin heyətində 193 matç keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.