HİK-in Bakıya səfər proqramında dəyişiklik

9.08.2023 15:42 290
Avropa Liqası
Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq Finlandiya HİK-inin Bakıya səfər proqramında dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, Helsinçi təmsilçisi Azərbaycanın paytaxtına saat 22.15-də gələcək.

Bu səbəbdən baş məşqçi Toni Konkeakunnasın mətbuat konfransı və HİK-in oyunöncəsi açıq məşq keçirilməyəcək.

Xatırıadaq ki, HİK-in baş məşqçisinin mətbuat konfransı 19.30-da, açıq məşq isə 20:00-dа Tofiq Bəhramov adına Respublika stadionunda reallaşması planlaşdırılmışdı.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – HİK matçı saat 20.00-da başlayacaq.