Sabah “DAK 1904” Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə”ylə səfərdə qarşılaşacaq.
“Football-plus.az” xəbər verir ki, Slovakiya təmsilçisinin futbolçusu Kristian Hers oyundan qabaq keçirilən mətbuat konfransında iştirak edərək, oyunla bağlı fikirlərini bölüşüb və jurnalsitlərin suallarını cavablandırıb:
"Paltardəyişmə otağında da gördüm ki, komandada atmosfer yaxşıdı. Oyunu səbirsizliklə gözləyirik. Mövsümdəki ilk oyunumuzdu. Bilirik ki, "Zirə" yaxşı komandadı. Amma biz də yaxşı komandayıq. Bizi sabah çətin oyun gözləyir. Komandamız yaxşı vəziyyətdədi. Sabahkı matçda son dəqiqəyə qədər mübarizə aparıb lazım olan nəticəni əldə etmək istəyirik”.
- Ötən mövsümü yaxşı keçirtdiniz, qollar vurdun. İndiysə “Zirə”yə qarşı çıxış edəcəksiz. Rəqiblə bağlı nə düşünürsən? - Ötən mövsümün sonundakı yaxşı komandanı kollektiv ruhuna bağlayardım. Məşqdə öyrəndiklərimizi meydana tətbiq etdik. Toplanışda da yaxşı hazırlaşdıq. "Zirə" yaxşı rəqibdi. Sabah çox çətin olacaq. Rəqib müdafiədə yaxşıdı. Düşünürəm ki, sabah rəqibin müdafiəsində boşluqlar tapıb, bundan istifadə etməyə nail olacağıq.
- İndiyə qədər Azərbaycan klubuyla qarşılaşmısan? Və ya hansısa azərbaycanlı futbolçuyla yolların kəsişib? - Azərbaycanın U-21 yığmasına qarşı oynamışam. Əsas millidə də həmçinin. Hər iki görüşü də bu stadionda oynamışdıq. U-21-də olanda, 1:2 uduzmuşduq, əsas millidə 1:0 udmuşduq. Azərbaycanla bağlı həm pozitiv, həm də neqativ məqamlar var.
- Renat Dadaşovla bir müddət eyni komandada çıxış etmisən. Onun haqda nə deyə bilərsən?- "Qrasshopper"də Renat Dadaşovla birlikdə oynamışıq. Renat haqda mənfi söz deyə bilmərəm. Futbolçu və insan kimi əladı. Onunla indi də münasibətimiz var və danışırıq.
KAMAL SƏFƏR