Ötən mövsüm 1-ci liqada iddialı olan “Baku Sportinq” elitaya yüksəlmək şansını itirəndən sonra yayda Röyal Nəcəfovla vidalaşmışdı.
Bəs yeni baş məşqçi “Xankəndi”ni düşdüyü vəziyyətdən necə çıxarmağı planlaşdırır? Qarşıdakı oyunlar üçün əsas hədəfləri nədi? Klub rəhbərliyi baş məşqçinin qarşısına hansı məqsədi qoyub? “Football-plus.az” bu sualları Röyal Nəcəfova ünvanladı:
“Özünüz də bilirsiz ki, komanda mövsümə yaxşı başlamayıb, vəziyyət o qədər də ürəkaçan deyil. Çalışacağıq ki, ilk növbədə komandanı bu vəziyyətdən çıxaraq. Belə deyək, oyundan-oyuna bacardığımız qədər çoxxal toplayıb, pillə-pillə, addım-addım yuxarı sıralara yüksəlməyə çalışacağıq. Təbii ki, qarşıya qoyulan əsas hədəf ilk növbədə 1-ci liqada qalmaqdı. Bundan sonra isə bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmağı hədəfləyirik”.
İSRAYIL XEYRULLAYEV





