• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Röyal Nəcəfov: “Qarşımıza çempion olmaq hədəfi qoyulmayıb”

Ölkə futbolu / Aktual

3-01-2026, 12:0

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında mövsümün sürpriz komandası var. Söhbət “Baku Sportinq”dən gedir.

Bəllidi ki, “futbol ili”nin əvvəlində iddialı olacağı güman edilən kollektivlər “Şəfa”, “Səbail” və “Mingəçevir” idi. Daha dəqiqi, çempionluq uğrunda mübarizənin məhz bu komandalar arasında gedəcəyi təxmin edilirdi. Lakin zaman proqnozları tam doğrultmadı. Belə ki, “Şəfa” fasiləyə məğlubiyyətsiz “qış çempionu” kimi yollanmağı bacarsa da, xeyli xal itkisinə məruz qalan “Səbail” 3-cü, “Mingəçevir” 4-cü pillədə qərarlaşdı. 2-ci sıra isə Buzovna təmsilçisinin bəxtinə yazıldı. Bu kollektiv hazırda “Şəfa”dan cəmi 5 xal geridədi.

Maraqlıdı, bəs “Baku Sportinq” bu uğura necə nail oldu? Buzovnalılar həqiqədən də özünü çempionluq uğrunda mübarizəyə hazır hiss edirmi? Əsas məsələyə gəlincə, bunun üçün yetərli maliyyə gücü varmı?

Bu sualları komandanın baş məşqçisi Röyal Nəcəfov cavabladı:

“Bəli, bir çoxları bizdən bu nəticəni gözləmirdi. Çünki böyük büdcəyə sahib olan komandalara qarşı mübarizə aparırıq. Hətta bəzi rəqiblərin maliyyə gücü bizdən iki-üç dəfə çoxdu. Sadəcə, yaratdığımız komanda, işə yanaşma tərzi, futbolçuların performansı qış fasiləsinə 2-ci pillədə yollanmağımıza səbəb oldu. Çalışacağıq ki, sabit nəticələr qazanmağa davam edik. Daha böyük uğurlar qazanmaq istəyirik. Bunun üçün mütləq güclənməliyik. Fikrimizdə bir neçə yeni futbolçu transfer etmək planı var. Bunu həyata keçirsək, daha qüvvətli olacağıq. Çünki bəzi mövqelərdə boşluqlar var. Azı 3-4 futbolçu almağa məcburuq. İnanırıq ki, fasilədə istəyimizə çatacağıq. Bununla belə, qarşımıza çempion olmaq hədəfi qoyulmayıb. Məqsəd yaxşı komanda formalaşdırmaq və bütün rəqiblərə qarşı layiqincə mübarizə aparmaq idi. Bunu bacardıq. İnanırıq ki, bu cür davam edəcəyik. Sona qədər vuruşmalıyıq. Onsuz da əsas rəqiblərin büdcəsi bizdən qat-qat çoxdu. Əlimizdən gələni edəcəyik ki, mövsümü maksimum yuxarı sıralarda bitirək. Çempionluq sözü ağır sözdü. Bizi uzun marafon gözləyir. Onu da bildirim ki, futbolçumuz Xəyyam Məmmədli U-21 millisinin yanvar ayı üçün planlaşdırılan təlim-məşq toplanışına dəvət edilib. Bu, bizim üçün çox böyük uğurdu. Çünki “Baku Sportinq” tarixində ilkə imza atıldı. Çalışacağıq ki, milli komandaya dəvət alan futbolçularımızın sayını artıraq”.
Röyal bəy komandanın qış hazırlıq planını da bizimlə bölüşdü:
“Futbolçular ilin son matçından sonra istirahətə buraxılıb. Yanvarın 4-də bir araya gələcəyik və məqşlərə start verəcəyik. Mövsümün qalan hissəsinə daha yaxşı hazırlaşacağıq. Bu çərçivədə dörd yoxlama oyunu keçirəcəyik”.
Maraq üçün qeyd edək ki, Röyal Nəcəfovun müvafiq məşqçi kateqoriyası olmadığından matçların protokolunda başqa mütəxəssisin – Samir Ələkbərovun adı yazılır.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

24-12-2025, 17:0

"Səbail"dən sensasion məğlubiyyət, "Baku Sportinq"dən qələbə

Ölkə futbolu / Manşet

25-09-2025, 22:0

“Baku Sportinq” darmadağın etdi - YENİLƏNİB

Ölkə futbolu / Manşet

24-09-2025, 20:0

“Şəfa”, “Mingəçevir” və “Səbail” qələbə qazandı - YENİLƏNİB

Ölkə futbolu / Manşet

22-11-2025, 18:0

"Şəfa" da xal itirdi - YENİLƏNİB

Ölkə futbolu / Manşet

11-12-2025, 19:0

"Şəfa" xal itirdi, "Səbail" böyük hesabla qalib gəldi

Aktual / Ölkə futbolu

29-12-2025, 10:0

“Şəfa” fasiləyə məğlubiyyətsiz, “Baku Sportinq” 2-ci pillədə yollandı! - ŞƏRH

Aktual
“Taylanda getmək biri üçün ən axmaq qərardı, biri üçün xoşbəxtlik” - bu qış hansı yerli futbolçunun transferi gözlənilir?
“Mövsümün ilk yarısında gözlədiyimiz nəticələri əldə edə bilmədik” – “Dənizçilər” “Səbail”dən narazıdı
Vernidub Bakıda …Rusiyaya qarşı savaşa başladı! – “başqa cür edə bilməzdim…”
Toral ilk yarının ən məhsuldar azərbaycanlısıdı... – “Qarabağ”ın “vuran əli” yorulmaq bilmir!
“Turan Tovuz” Marandiçini də Türkiyəyə aparacaqmı? – birillik həsrətlə bağlı rəsmi məlumat
Röyal Nəcəfov: “Qarşımıza çempion olmaq hədəfi qoyulmayıb”
Son xəbərlər
  • Bu gün, 01:00
    Msanqanın milli komandası mübarizəni dayandırdı - AMK
  • Bu gün, 00:39
    “Qarabağ”ın futbolçuları məşqə qatılmadı, klub səbəbini açıqladı
  • Bu gün, 00:10
    Demçenko müqavilə imzaladı, ancaq hələ Bakıda deyil – o, “Araz-Naxçıvan”ın kubokla vidalaşmasından xəbərdardımı?
  • Dünən, 23:54
    ''Kalyari'' prezidenti Semih Kılıçsoy üçün nələr dedi? - ''Hələ anlaşmamışıq''
  • Dünən, 23:28
    Premyer-liqada 100-cü oyunda top buraxmadı
  • Dünən, 22:25
    ''Beşiktaş'' toplanışa kimləri aparmadı? - Rafa Silva sürprizi...
  • Dünən, 21:54
    Levandovskinin yolu haradı?
  • Dünən, 21:33
    Mahir qayıtdı, klubu təbrik etdi
  • Dünən, 21:12
    “Qarabağ”a qarşı oynaya bilməyəcək
  • Dünən, 20:51
    ''Fənərbaxça'' bu futbolçunu Rusiya klubuna göndərdi
  • Dünən, 20:20
    Holann necə və nə qədər qazanır?
  • Dünən, 19:59
    “5:0 və ya 6:0 bitən oyunları heç vaxt bəyənməmişəm” - Kroos Braziliya ilə Almaniyanı mundialın favoritləri arasında görmür
  • Dünən, 19:38
    Ağır cəzadan qaça bilmədi
  • Dünən, 19:17
    Almaniyalı qapıçının şərti var
  • Dünən, 18:56
    “Taylanda getmək biri üçün ən axmaq qərardı, biri üçün xoşbəxtlik” - bu qış hansı yerli futbolçunun transferi gözlənilir?
  • Dünən, 18:25
    Paytaxt klubunda ciddi itki
  • Dünən, 17:54
    Dünya çempionu Avropaya qayıdır?
  • Dünən, 17:34
    “Sumqayıt” Raufla yollarını ayırdı - RƏSMİ
  • Dünən, 17:13
    "Kəpəz"in futbolçusu “Qarabağ”a keçib? - Azər Bağırovdan açıqlama
  • Dünən, 16:56
    “Samsunspor”un ulduzu “Fənərbaxça”da!
  • Dünən, 16:25
    “Milan” onu hədəfə aldı
  • Dünən, 15:54
    Merih Dəmiral Kriştiano Ronaldonu üzdü
  • Dünən, 15:23
    ''Beşiktaş'' yığmamızın üzvünü transfer etmək istəyir!
  • Dünən, 14:52
    MY-ni tərk etməyə hazırlaşır
  • Dünən, 14:31
    "Qəbələ"nin sınaqçı-rəqibləri bəlli oldu
  • Dünən, 14:00
    Mahir başladı! – bundesliqanın açarı 2026-da tapılacaqmı?
  • Dünən, 13:39
    Almaniyada oynayan futbolçu ''Fənər'' forması ilə şəkil paylaşdı - FOTO
  • Dünən, 13:18
    “Həm hücum, həm də müdafiə xəttini gücləndirmək niyyətindəyik” – “Qəbələ” üç legioner alacaq
  • Dünən, 12:57
    "Qarabağ" rəsmisi Afrikada futbolçular seçdi
  • Dünən, 12:30
    Mərakeşin qazancı nə qədər olacaq?
  • Dünən, 12:02
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi açıqlandı - RƏSMİ
  • Dünən, 11:54
    ''Amerikanın kralı'' Messiyə qismət olmadı
  • Dünən, 11:23
    “Kəpəz”in güclənməsi taleyin ümidinə qalıb... – Azər Bağırov vəziyyəti açıqladı
  • Dünən, 10:52
    “Qartal” Türkiyə yığmasının üzvünü transfer etdi
  • Dünən, 10:31
    “Neftçi”dən getməli olanların sayı ehtiyac duyulanlardan daha çoxdu!
Daha çox
Oxunub: 299
"Kəpəz"in futbolçusu “Qarabağ”a keçib? - Azər Bağırovdan açıqlama
Oxunub: 177
İnanılmaz inadkarlıq: 2023-də 3-cü, 2024-də 2-ci, 2025-də 1-ci yer - İlin futbolçusu məlum oldu!
Oxunub: 176
Yankoviç seçimini etdi! – monteneqrolu “Qarabağ”da qalır?
Oxunub: 157
Baxşıyev "Araz-Naxçıvan"ın hələ təzminat ödəmədiyini dedi - o, hansı klubdan təklif alıb?
Oxunub: 143
Demçenko ilə “Araz-Naxçıvan”ın sözü üst-üstə düşmədi – “Danışıq aparılan başqa mütəxəssislər də var”
Oxunub: 139
Elvin Cəfərquliyev kimə səs verdi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə