“Mən uğursuz olmadım” - bəs onda niyə istefaya göndərildin?

27.09.2026 11:10 81
Ölkə futbolu / Manşet
Birinci liqada debüt mövsümünə ugğursuz başlayan "Xankəndi”də dûnən ayrılıq yaşanıb. Bbaş məşqçi Zaur Hacıyevlə yollarını qarşılıqlı razılıq əsasında ayıran komanda yeni baş məşqçi axtarışındadı.

Bəs niyə komanda mövsümə uğursuz start verdi? Bu ayrılıq hansı səbəbdən baş verdi? Zaur Hacıyev özünü “Xankəndi”də uğursuz hesab edirmi?

“Football-plus.az” bu suallarla keçmiş baş məşqçiyə müraciət edib:

"Əslində mən uğursuz olmadım. Çünki qarşıma qoyulan məqsəd komandanı liqada saxlamaq idi. Üç turdan sonra 7-ci yerdəyik və komanda hələ də liqadadı. Digər halları isə gələcək göstərəcək. Biz qarşılıqlı razılıq əsasında ayrıldıq. Düşünürəm ki, bu qərar hər iki tərəf üçün faydalıdı – həm mənim karyeram, həm də “Xankəndi”nin inkişafı baxımından. Hər halda, “Xankəndi”yə uğurlar arzulayıram. Çox sevinirəm ki, tarixi komandamızın, əsas şəhərlərimizdən birinin – azad etdiyimiz, düşmən işğalından geri aldığımız Xankəndinin komandasının tarixinə düşə bildim. Bu, mənim üçün çox dəyərli idi və bunu bacardığım üçün sevinirəm. Hətta komandanı peşəkarlıq səviyyəsinə çıxara bildim. Düşünürəm ki, mənim üçün ən böyük uğur məhz budu”.

İSRAYIL XEYRULLAYEV