“Milan”ı tərk edəcəklər

30.09.2026 14:25 27
Dünya futbolu
Fikayo Tomori ilə Ruben Loftus-Çikin aqibəti müəyyənləşib. Onlar mövsümün sonunda “Milan”ı tərk edəcəklər.

"Football-plus.az" xəbər verir ki, “La Gazzetta dello Sport” hər iki ingiltərəli futbolçunun klubla müqaviləsinin müddətinin gələn ilin iyununda başa çatacağını və yeni sözləşmənin imzalanmayacağını yazıb. Tomorinin hətta daha erkən - 2027-ci ilin yanvarında komandadan ayrılması da mümkündü.

28 yaşlı müdafiəçi “Milan”da 2021-ci ilin yanvarından çıxış edir. O, komanda ilə 2021/22 mövsümündə İtaliya çempionu olub. Fikayo ötən müddətdə bütün turnirlərdə 241 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

30 yaşlı Loftus-Çik isə “Milan”ın formasını 2023-cü ilin yayından geyir. İngiltərə millisinin sabiq futbolçusu İtaliya klubunda keçirdiyi 105 matçda 13 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.