Yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Tacikistan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasov mətbuat önünə sentyabrın 22-də saat 19.15-də çıxacaq:
22 sentyabr
Tacikistan milli komandası
17.15. Mətbuat konfransı
18.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
19.15. Mətbuat konfransı
20.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Mətbuat konfransları və açıq məşqlər 8-ci km stadionunda keçiriləcək.
Ayxan Abbasovun mətbuat konfransının vaxtı bilindi
Ölkə futbolu






