Millimizin oyunu öncəsi mətbuat konfranslarının vaxtı

28.03.2026 23:35 13
Ölkə futbolu
“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan - Syerra Leone oyunu öncəsi mətbuat tədbirlərinin vaxtı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmadan əvvəl hər iki komandanın iştirakı ilə mətbuat konfransları və mətbuat üçün açıq məşqlər təşkil olunacaq.

29 mart
Syerra Leone milli komandası

18.00. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
19.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Kapital Bank Arena)

Azərbaycan milli komandası
18.30. Mətbuat konfransı (“Dalğa Arena”)
19.15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Dalğa Arena)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul