Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, öncə millimizin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı baş tutacaq:
26 sentyabr
Azərbaycan milli komandası
16.15 (Bakı vaxtı ilə) – Mətbuat konfransı
17.00 (Bakı vaxtı ilə) – Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq
Litva milli komandası
18.00 (Bakı vaxtı ilə) – Mətbuat konfransı
18.30 (Bakı vaxtı ilə) – Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq
Mətbuat konfransları və açıq məşqlər “Dariaus ir Gireno” stadionunda keçiriləcək.
Ayxan Abbasov Litvada jurnalistlərə nə deyəcək?
Ölkə futbolu





