Yığmamız sabah Millətlər Liqasının D Liqasında ilk oyununu keçirəcək.
Bilindiyi kimi, komanda Litvanın qonağı olacaq. Kaunas şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.
Oyun üçün indiyə qədər 8500 bilet satılıb. Bu barədə "Football-plus.az"a AFFA-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib. Onun sözlərinə görə, tribunalarda millimizi 100 azarkeş dəstəkləyəcək.
Maraq üçün qeyd edək ki, görüşün olacağı Darius və Girenas stadionu 15026 yerlikdi. Litva qrupdakı ilk matçında Lixtenşteynin meydanında 2:0 hesablı qələbə qazanıb.
KƏNAN BAHADIR
Millimiz 10 minə yaxın litvalının önündə oynayacaq - bəs, azərbaycanlıların sayı neçədi?
Ölkə futbolu / Manşet






