Cəmi 1300 bilet...

21.03.2025 13:27 246
Aktual / Ölkə futbolu
Yığmamız bayram günlərində iki yoldaşlıq oyunu keçirəcək.

Sabahkı oyunda rəqib Haiti olacaq. Yığmamız bu oyunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haitini qəbul edəcək.

Bəs indiyə qədər neçə bilet satılıb?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədlinin “Football-plus.az”a verdiyi məlumata görə, 1300 bilet satılıb.

Xatırladaq ki, biletlərin qiyməti 2-10 manat arasında dəyişir. Oyun saat 21.45-də start götürəcək

ƏSƏD SEYİDOV