Millimiz təlim-məşq toplanışını tam heyətlə davam etdirir.
Bu barədə "Football-plus.az"a AFFA-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.
Federasiya rəsmisinin sözlərinə görə, klublarının oyunları ilə bağlı yığmanın ilk məşqlərini buraxan Anton Krivotsyuk ("Daejeon Hana", Koreya) və Cəlal Hüseynov ("Petrolul", Rumıniya) dünən düşərgəyə təşrif buyurub.
Xatırladaq ki, millimiz sabah yoldaşlıq oyununda Tacikistanı qəbul edəcək. Komanda Millətlər Liqasında isə sentyabrın 27-də səfərdə Litva, evdə oktyabrın 1-də Lixtenşteyn, 4-də Litva ilə qarşılaşacaq.
KƏNAN BAHADIR
Daha iki futbolçu Ayxan Abbasovun sərəncamındadı - dünənə qədər harda idilər?
Ölkə futbolu / Manşet





