Milli komandada yeni kapitan

22.01.2023 16:21 284
İdman
Kişilərdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan millisində kapitan dəyişikliyi baş verib.

"Football-plus.az" saytının məlumatına görə, Rafiq Hüseynov kapitan sarğısını təhvil verib. Bundan sonra bu vəzifəni 2 qat dünya çempionu Eldəniz Əzizli yerinə yetirəcək.

Qeyd edək ki, Eldəniz Əzizli "Futbol+" qəzetinin ümumilli sorğusuna əsasən 2022-ci ilin ən yaxşı idmançısı seçilib.