“Yuventus” müəyyən məbləğdə ziyana düşüb.
"Football-plus.az" xəbər verir ki, Turin klubu 10 min avro məbləğində cərimələnib. Buna bəzi azarkeşlərin İtaliya futbolunun əfsanəsi Sandro Matsolanın xatirəsinə keçirilən birdəqiqəlik sükutu pozması səbəb olub. Hadisə sentyabrın 20-də “Yuventus”un “Atalanta” ilə keçirilən ev oyunundan əvvəl baş verib. “Curva Sud” tribunasında olan bəzi azarkeşlər sükut zamanı meydana arxalarını çevirib, sonra “Yuventus”un əfsanələrinin şərəfinə şüarlar səsləndiriblər.
83 yaşında vəfat edən Matsolanın ruhunun təhqir olunması futbol ictimaiyyətinin tənqidinə səbəb olub. “Yuventus” rəhbərliyi də oyundan sonra bəzi azarkeşlərin məlum davranışını pisləyib.
Azarkeşləri “Yuventus”u ziyana saldılar
Dünya futbolu





