“Yuventus”un 2-ci transferi

10.08.2023 22:15 199
Dünya futbolu
“Yuventus”un bu yay 2-ci transferini edib. İtaliya klubu Fakundo Qonsalesi sıralarına qatıb.

"Football-plus.az" xəbər verir ki, o, son mövsümdə “Valensiya”nın ikinci komandasında çıxış edib. Uruqvay yığmasının da formasını geyən 20 yaşlı müdafiəçi yeni klubu ilə müddəti 2026-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Transferin məbləği rəsmən açıqlanmır. Amma İtaliya mənbələri “Yuventus”un bu keçidə görə “Valensiya”ya 2 milyon avro ödədiyini xəbər verib.

Xatırladaq ki, Turin klubunun ilk transferi Timoti Vea olub.