İtaliya Futbol Federasiyası Romelu Lukakunun 1 oyunluq cəzasını ləğv edib.
"Football-plus.az" xəbər verir ki, “İnter”in belçikalı oyunçusunun ölkə kubokunun “Yuventus”la ilk yarımfinal matçında (1:1) tribunalara jest etməsinə turinli azarkeşlərin ona qarşı irqçi münasibəti səbəb olmuşdu. Onun cəzası “irqçiliyin bütün formalarına qarşı mübarizə tədbiri” kimi ləğv edilib. Lukaku oyundan sonra meydandan qovulmuşdu. Buna onun azarkeşlərə etdiyi jestindən sonra ikinci sarı vərəqə alması səbəb olmuşdu.
“İnter” – “Yuventus” cavab görüşü aprelin 26-da keçiriləcək.