"Football-plus.az" xəbər verir ki, 48 yaşlı mütəxəssis komandasının ilk beş turda topladığı 13 xalı yüksək qiymətləndirərək bütün uğurun futbolçulara məxsus olduğunu bildirib:
“Bütün uğur və tərif komandaya aiddi. Bu qrup ilk gündən böyük peşəkarlıq və əzmkarlıqla əlindən gələnin ən yaxşısını edir. Məhz buna görə Mauro İkardiyə “yox” dedim. İkardini mən istəmədim. Belə bir komandanı çalışdırmaq mənim üçün böyük zövqdü. Mənim vəzifəm futbolçuları ən uyğun şəraitə hazırlamaq və mümkün qədər az səhv etməkdi. İşə başlayanda transfer edə bilməyəcəyimizi düşünürdüm. Proses bir qədər vaxt apardı, amma bu, mənim şəxsi seçimim idi. Çünki komandaya birbaşa töhfə verəcək, funksional oyunçular istəyirdim. Gələn futbolçulara görə kluba və oyunçulara təşəkkür edirəm”.
33 yaşlı Mauro İkardi “Qalatasaray” karyerasında 134 oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə verib. “Latsio”ya keçidi alınmayan argentinalı hücumçu hələlik yeni klubla müqavilə imzalamayıb.






