Qattuzo İkardini komandasında görmək istəməməsinə aydınlıq gətirdi

20.09.2026 00:31 27
Dünya futbolu
''Qalatasaray''la müqavilə müddəti başa çatan və indiyə kimi də klubsuz olan Mauro İkardinin ''Latsio''ya transferinin baş tutmadığını xəbər vermişdik. İtaliya mənbələri bu keçidin romalıların çalışdırıcısı Cennaro Qattuzo üzündən alınmadığını iddia etmişdilər. Bu məşqçinin argentinalının transferinə qarşı olduğu bildirilmişdi.

Bu arada dünən ''Venetsiya'' ilə oyunöncəsi mətbuat konfransında Qattuzoya məhz bu sual ünvanlanıb. İtaliya yığmasının sabiq baş məşqçisi İkardinin xidmətində maraqlı olmadığını təsdiqləyib:

''İkardinin səviyyəsinə heç kim şübhə edə bilməz. 250-dən çox qol vurmuş bir futbolçudan bəhs edirik. Amma biz bu mövsüm üçün seçimimizi artıq etmişik. İkardiyə böyük hörmətim olsa da, Pinamonti və Qudmundsson ilə yolumuza davam edəcəyik. Bu mövzunu başqanla da müzakirə etdim. Yeni futbolçu gələcək deyə kiminsə heyətdən kənar qalmasını istəmirəm. Bu işlərə qarışmaq istəmədim. Çünki belə şeylər komanda daxilində və paltardəyişmə otağında ab-havanı pozur. Ya da sonradan ehtiyatda saxlayacağın və ya tribunada oturdacağın bir futbolçunu transfer etməyin mənası yoxdu. Bunu ancaq öz akademiyandan yetişən gənc bir futbolçuya qarşı edə bilərsən''.