Zverev günahını boynuna aldı – “Topu oyuna daxil etməyim bir qədər uzun çəkir”

25.09.2026 20:10 18
İdman
Almaniyalı tennisçi Aleksandr Zverev qalibi olduğu son “US Open”in gedişində dəfələrlə qınağa məruz qaldı. Həmkarları onun topu oyuna daxil edərkən hədsiz çox yerə vurmasından gileylənirdi.

Rusiyalı Karen Xaçanov və amerikalı Ben Şelton narazılığını media önündə də gizlətməyib.

Nəhayət, Zverev bu yöndə qınaqlara cavab verib:

“Düşünürəm ki, özümü tənqid etməyin lazımdı. Bu turnirdə bir qədər uzunçuluq oldu. Adətən, ən sürətli oyunçulardan biri oluram, vaxt öldürmürəm. Həmişə zaman limitinə sığmağa çalışıram. Prinsipsə topu oyuna daxil etmək üçün ayrılan 24 saniyə çərçivəsində hər şey etmək olar. Ancaq etiraf etməliyəm ki, topu oyuna daxil etməyim bir qədər uzun çəkirdi”.

Xatırladaq ki, 29 yaşlı Zverev finalda Şeltona qalib gəlib - 6:3, 7:6 (7:2), 5:7, 6:2. Almaniyalı tennisçi “Böyük dəbilqə” turnirlərinin ikiqat qalibidi.