Zverev 450 min avro cərimələndi, narazı qaldı

6.11.2023 12:37 207
İdman
Almaniyalı tennisçi Aleksandr Zverev sabiq qız rəfiqəsi Brenda Pateaya qarşı zorakılıqda bağlı məhkəmə qərarına belə reaksiya verib:

“Qərardan apellyasiya şikayəti edəcəm. Tam yalandı. Normal IQ qabiliyyətinin heç olmasa, yarısına malik olan istənilən şəxsə nələrin baş verdiyi aydındı. Bundan artıq heç bir şərh verməyəcəm, çünki prosedurlara əməl etmək lazımdı”.

Oktyabrın 31-də Berlin Prokurorluğu tennisçiyə Pateaya qarşı zorakılıq etməsi ilə bağlı ittiham irəli sürüb. Berlin Məhkəməsi isə idmançını 450 min avro cərimələyib. Zverev iyulda da bu ittihamı rədd etmişdi. 2021-ci ilin martında bu cütlüyün ailəsində Mayla adlı qız dünyaya gəlib.

Məşhur tennisçi yaydan bəri model və aktrisa Sofiya Tomalla ilə görüşür. Zverevi 2020-ci ildə sabiq qız dostu Olqa Şarıpova da eyni hərəkətlə bağlı ittiham etmişdi.