Zverev və Rıbakina! - qalib tennisçilər hərəyə 5,5 milyon dollar qazandı

17.09.2026 13:19 27
İdman
Mövsümün “Böyük dəbilqə” seriyasından olan sonuncu turniri – “US Open” bazar günü başa çatdı. Qadınların turnirində yarımfinalda amerikalıları məğlub edən postsovet məkanının təmsilçiləri – Yelena Rıbakina və Arina Sobolenko finalda bir-birinə rəqib oldu. Bu mübarizədən qalib ayrılan Qazaxıstan təmsilçisi karyerasında 3-cü dəfə “Böyük dəbilqə”nin qalibi oldu. Yelena 2022-ci ildə “Uimbldon”u, elə bu il isə həm də “Australian Open”i qazanmışdı. Arinanın isə belə turnirlərdə 4 qələbəsi var. Belaruslu xanım iki dəfə (2023, 2024) “Australian Open”in, daha iki dəfə (2024, 2025) “US Open”in qalibi olub.

Kişilər arasında turnirin finalında Aleksandr Zverevlə Ben Şelton qarşılaşdı. Xatırladaq ki, Almaniya təmsilçisi Zverev indiyə qədər “Böyük dəbilqə” turnirlərindən “Rolan Qarros”u (2026) qazanmış, qalan 4 finalda (US Open-2020, Rolan Qarros-2024, Australian Open-2025, Uimbldon-2026) uduzmuşdu.

Amerikalı Şelton karyerasında ilk dəfə “Böyük dəbilqə”nin finalında oynadı. Ümumiyyətlə, Zverevlə Şelton indiyə qədər heç vaxt belə turnirlər çərçivəsində üz-üzə gəlməmişdi. İlk dueldə qələbəni almaniyalı bayram etdi. Maraqlıdı ki, Zverev “US Open”in qalibi olan ikinci almaniyalıdı. Ona qədər bu turnirdə yalnız Boris Bekker qalib gələ bilmişdi. Bekker 1989-cu ildə çexiyalı İvan Lendldən üstün olub.

Builki “US Open” ilə bağlı daha bir maraqlı məqam var. Zverev və Rıbakina rəsmi tennis turnirlərində mükafat fondunun məbləği ilə bağlı yeni rekord müəyyənləşdirdi. Belə ki, həm almaniyalı, həm də qazaxıstanlı 5,5 milyon dollar aldı. Finalda uduzan tennisçilər – Şelton və Sobolenko hərəyə 2,8 milyon dollar qazandı.

Buna qədər rekord elə həmin Sobolenko ilə Karlos Alkarasa məxsus idi. Adı çəkilən tennisçilər ötən il “US Open”də qələbəyə görə 5 milyin dollar qazanmışdı. Amma tennis tarixində ən yüksək mükafatı Yannik Sinner qazanıb. İtaliyalı tennisçi iki dəfə - 2024 və 2025-ci illərdə Səudiyyə Ərəbistanında keçirilən sərgi turnirində qalib olub və hər dəfə də 6 milyon dollar qazanıb.

kişilər
yarımfinal

Şelton (ABŞ, 9) - Tiafo (ABŞ, 12) 4:6, 6:3, 6:3, 7:5
Zverev (Almaniya, 2) - Xaçanov (Rusiya, 50) 6:3, 7:6 (9:7), 7:6 (8:6)

final
Zverev (Almaniya, 2) - Şelton (ABŞ, 9) 6:3, 7:6 (7:2), 5:7, 6:2

cütlərin yarışı
Harrison/Skupski (ABŞ/B.Britaniya) – Kravits/Pyuts (Almaniya) 6:4, 7:6 (8:6)

qadınlar
yarımfinal

Sobolenko (Belarus, 1) – Pequla (ABŞ, 3) 7:5, 6:2
Rıbakina (Qazaxıstan, 2) - Qauff (ABŞ, 4) 3:6, 6:4, 6:4

final
Rıbakina (Qazaxıstan, 2) - Sobolenko (Belarus, 1) 6:4, 5:7, 6:2

cütlərin yarışı
Sinyakova/Taunsend (Çexoya/ABŞ) – Montqomeri/Kryuger (ABŞ) 5:7, 6:0, 6:2

mikst, final
Muxova/Menşik (Çexiya) – Bençiç/Kobolli (İsveçrə/İtaliya) 6:3, 1:6, 10:6