Zverev ittihamları rədd edir

28.07.2023 15:36 244
İdman
Almaniyanı təmsil edən tennisçi Aleksandr Zverev sabiq rəfiqəsi Brenda Pateaya bədən xəsarəti yetirməsi haqda xəbərləri rədd edib.

"Football-plus.az" xəbər verir ki, bir neçə gün əvvəl Berlin Prokurorluğunun Pateaya xəsarət yetirməkdə suçlanan məşhur tennisçiyə münasibətdə cinayət işinin qaldırılması ilə bağlı vəsadətlə çıxış etdiyinə dair xəbər yayılmışdı. Məhkəmə hazırda bu yöndə araşdırma aparır. Tennisçi 480 min avro ödəməklə dinləmələrə qatılmaya bilər:

“İttihamları tam rədd edirəm. Bu məsələ ilə vəkillərim məşğul olur. Bir daha bu haqda danışmayacam”.


2021-ci ilin martında cütlüyün Mayla adlı qızı dünyaya gəlib. Tennisçi hazırda model və aktrisa Sofita Tomalla ilə münasibətdədi. Aleksandr 2020-ci ildə də oxşar ittihamla üzləşmişdi. Həmin vaxt onu sabiq qız rəfiqəsi Olqa Şarıpova məişət zorakılığında suçlayırdı. Tennisçi onda da bütün ittihamları rədd edirdi.