“Turan Tovuz” - “Fənər” oyununa biletlərin yarısı satıldı! – “CBC Sport” oyunu göstərməyəcək

25.09.2026 16:27 45
Ölkə futbolu
Yığmaların oyunlarıyla bağlı yaranan fasilədə ölkə klubları yoxlama oyunu keçirəcək. “Turan Tovuz” isə bir qədər fərqli yol seçib. Tovuz klubu “Fənərbaxça”nı Bakıya gətirir.

Oktyabrın 3-də keçiriləcək oyunun biletləri çərşənbə axşamı satışa çıxarılmış və elə ilk saatda 6 minə yaxın bilet sahibini tapmışdı. Bəs indi vəziyyət necədi? Bir də oyunu hansı telekanal göstərəcək?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Süleyman Tağıyevə müraciət edib. Onun dediyinə görə, artıq 15 mindən çox bilet satılıb. Oyunun yayınını isə “CBC Sport” yox, “İdman TV” həyata keçirəcək.

İSRAYIL XEYRULLAYEV