Millimizin üzvləri məktəblilərlə görüşdü

19.11.2026 14:29 0
Ölkə futbolu
Qadınlardan ibarət millimizin üzvləri Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüblər.

"Football-plus.az" xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Görüş zamanı futbolçularla imza sessiyası təşkil olunub, məktəblilərin sualları cavablandırılıb. Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva çıxış edərək qadın futbolu haqqında məlumat verib. Tədbirdə milli komandanın məşqçi heyəti və qadın futbolu üzrə texniki direktor Emrah Aykurt da iştirak ediblər.

Həmçinin şagirdlərə milli komandanın uğurlarını və oyunlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşün əsas məqsədi məktəblilər arasında qadın futboluna marağın artırılması və gənc nəslin futbola cəlb edilməsi olub.