Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 8-ci tura start verilib.
"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.
MOİK - "Səbail" matçında hesab açılmayıb, "Mingəçevir" evdə "Baku Sportinq"ə qalib gəlib - 1:0.
Günün son oyununda doğma şəhərdə ilk dəfə meydana çıxan "Xankəndi" "Karvan-Yevlax"a uduzub (0:2).
Xal durumu: Şahdağ Qusar - 18, Gəncəbasar, Karvan-Yevlax - 16, MOİK - 15, Səbail - 13, Şimal - 8, Mingəçevir - 7, Xankəndi - 6, Zaqatala - 5, Baku Sportinq - 1.
Bombardir: Dileyn Açimi (Gəncəbasar) - 13.
"Xankəndi" doğma şəhərdə ilk oyunda "Karvan-Yevlax"a uduzdu - YENİLƏNİB
Ölkə futbolu / Manşet





