Haqqında gəzən şayiəyə reaksiya verdi

19.11.2026 13:58 0
Dünya futbolu
Son günlər Endrikin oyun praktikası az olduğundan “Real”dan ayrılmaq istəməsi haqda xəbərlər səngimir.

Gənc futbolçu bu iddiaya münasibətini bildirib. Braziliya yığmasının 20 yaşlı forvardı bu məlumatı təkzib edib. Endrik karyerasının sonunadək “Real”da çıxış etmək istədiyini “qərar Mourinyodan asılıdı. Mən həmişə dünyanın ən böyük klubu olan “Real”a kömək etməyə hazıram. Ümid edirəm ki, bütün karyeramı burda keçirəcəm, “Real”a və komanda yoldaşlarıma dəstək olacam” deməklə bəyan edib.

Endrikin Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdi. O, bu mövsüm İspaniya çemionatında yalnız 4 oyunda meydana çıxmaq şansı qazanıb.